
Deşam: “Modriç böyük futbolçudur”
Fransa millisinin baş məşqçisi Didye Deşam “Real”ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç haqda fikirlərini bölüşüb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı çalışdırıcı, Modriçin böyük futbolçu olduğunu söyləyib:
“Modriç uzun müddətdir ki, ən yüksək səviyyədə oynayır. O, böyük futbolçudur. Həmişə həlledici rol oynayıb. Onun komandanın oyununa böyük təsiri var. Modriç əla peşəkardır, buna görə də o, hələ də “Real”da oynayır”.
39 yaşlı xorvatiyalı yarımmüdafiəçi bu mövsüm “kral klubu”nun heyətində 44 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun “Real”la müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin