Deşam: “Millinin baş məşqçisi olduğuma görə xoşbəxtəm”
Fransa milli komandasının baş məşqçisi Didye Deşam AÇ-2024-ün seçmə mərhələsinin dördüncü turunun Yunanıstanla matçından sonra (1:0) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularının pozitiv olduğunu söyləyib:
“Cəbəllütariqi məğlub etmək işimizin bir hissəsi idi. Yunanıstanla matç bizə görə daha çətin oldu. İki oyuna dörd qol vurduq və qapımızda qol görmədik. Daha çox qollar vura bilərdik.
Hazırda futbolçularım pozitivdirlər. Onlarla birlikdə olmaq mənim üçün xoşdur. Milli komandanın baş məşqçisi olduğuma görə xoşbəxtəm”.
Fransa millisi hazırda B qrupunda 12 xalla birinci, Yunanıstan isə 6 xalla ikincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin