
“Mbappenin gələcəyi heç bir şəkildə məndən asılı deyil” – Deşam
Fransa millisinin baş məşqçisi Didye Deşam PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”a potensial transferi ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Mbappenin gələcəyi heç bir şəkildə məndən asılı deyil. Hər şeyi nə vaxt rəsmiləşdirməyə onlar özləri qərar verəcəklər”.
25 yaşlı hücumçu daha əvvəl 2023/2024 mövsümünün sonunda PSJ-dən ayrılacağını açıqlayıb. Fransalı futbolçu “Real”la 5 illik müqavilə imzalamağa yaxındır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin