Deşam Mbappedən razı qalıb

Fransa millisinin baş məşqçisi Didye Deşam Kilian Mbappenin Xorvatiya yığmasına qarşı oyunda (0:2) çıxışı ilə bağlı sualı cavablandırıb.

“Xoruzlar” Millətlər Liqasının pley-offunda səfərdə ilk hissədə iki qol buraxaraq məğlub olublar. Mbappe sona qədər oynayıb, amma komandası uğursuzluqdan qaça bilməyib.

Komanda.az TF1-ə istinadən xəbər verir ki, fransalı çalışdırıcı Mbappenin yaxşı oynadığını və aktiv olduğunu söyləyib:

“Mbappe hər şeydə uğur qazana bilmədi, ancaq o, yaxşı oynadı və aktiv idi. Əlbəttə, o, həmişə daha yaxşısını edə bilər, amma bu gün layiqli səviyyə nümayiş etdirdi”.

Fransa – Xorvatiya cütünün cavab matçı bazar günü “Stade de Frans”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button