Deşam: “Mbappe nə etmək lazım olduğunu bilir”

Fransa millisinin baş məşqçisi Didye Deşam Lüksemburqla yoldaşlıq oyunundan sonra hücumçu Kilian Mbappe haqda fikirlərini bölüşüb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı çalışdırıcı onun böyük lider olduğunu bildirib:

“Mbappe böyük liderdir. Psixoloji və fiziki cəhətdən az oynamağa öyrəşməmişdi. Ancaq nə etmək lazım olduğunu bilir. Kilian həftə ərzində yaxşı nümunə göstərdi”.

Fransa millisinin 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada 25 yaşlı forvard 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mbappe ötən mövsüm PSJ ilə Fransa çempionatında 29 oyun keçirib, 27 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun bir neçə gün əvvəl “Real”a keçidi rəsmiləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button