
“Mbappe ilə Fransa millisi həmişə daha güclü olacaq”
Fransa millisinin baş məşqçisi Didye Deşam yığmanın və “Real”ın hücumçusu Kilian Mbappenin komandasının 2026-cı il dünya çempionatına erkən vəsiqə qazanmasına verdiyi töhfəni yüksək qiymətləndirib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, forvardın kapitan sarğısına layiq olduğunu söyləyib:
“Mbappe heyətimizdə olanda Fransa millisi həmişə daha güclü olacaq. O, işimizi asanlaşdırır”.
Mbappe bir gün əvvəl Ukrayna millisiylə qarşılaşmada (4:0) iki qol vurub. 26 yaşlı futbolçu dünya çempionatının seçmə mərhələsindəki 4 oyunda 5 qol vurub ki, bunlardan 2-si penaltidən olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



