Deşam: “Mbappenin narahat olacağı heç nə yoxdur”

Fransa millisinin baş məşqçisi Didye Deşam PSJ-nin hücumçusu Kilian Mbappenin gələcəyindən danışıb.

Komanda.az “Telefoot”-a istinadən xəbər verir ki, fransalı məşqçi Mbappenin narahat olacağı heç nəyin olmadığını bildirib:

“Mbappe bəlkə də, özünü təxminlərdən və fərziyyələrdən azad etmək üçün nəsə danışır. Aydındır ki, onun narahat olacağı heç nə yoxdur. O, hərəkətə keçəcək və bu gün bəzi insanların danışdıqlarını şərti əhval-ruhiyyə ilə çatdıracaq. Bu qədər. Məncə, danışıqlar aparılmır. Ancaq bu, başqalarını narahat edir”.

Fransalı forvardın parislilərlə müqaviləsi bu mövsümün sonunda başa çatır. Daha əvvəl mətbuatda 25 yaşlı hücumçunun “Real”la müqavilə imzaladığı barədə məlumat yayılıb.

Mbappe bu mövsüm 37 oyun keçirib, 38 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button