Deşam: “Məni görməkdən yorulan insanlar var”
Fransa millisinin baş məşqçisi Didye Deşam işi ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Deşam UEFA Millətlər Liqasında İtaliya millisini məğlub etdikdən sonra (3:1) bunları deyib:
“Heç nə məni sakitliyimi itirməyə məcbur etməyəcək. Bəli, İsrail yığması ilə görüşdə qalib gələ bilmədik, amma indi bu komanda Belçikaya qalib gəlib. 12 ildir ki, burada işləyirəm və məni görməkdən yorulan insanlar var, ancaq oyunçular önəmlidir. İndi komandamız daha gəncdir, ona görə də, futbolçuların xüsusilə dəstəyə ehtiyacı var”.
56 yaşlı mütəxəssis 2012-ci ilin yayından Fransa millisinin “sükanı arxasındadır”.
Son zamanlar mətbuatda Deşamın Kilian Mbappe və digər oyunçularla gərgin münasibəti barədə tez-tez söhbətlər gedir və o, tez-tez oyun tərzinə görə tənqid olunur.
Bizi Facebook-da izləyin