Deşam İspaniya millisinə məğlubiyyətdən danışdı

Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının İspaniyaya qarşı keçirilmiş yarımfinal görüşünü dəyərləndirib.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı çalışdırıcı rəqibin öz şanslarından maksimum istifadə etdiyini söyləyib:

“Bu oyun Avropa çempionatındakı görüşümüzdən tamamilə fərqli idi. Topa nəzarət baxımından məmnun ola bilərik, ancaq belə matçlarda əsas rolu imkanların reallaşdırılması oynayır. Rəqib öz şanslarından maksimum istifadə etdi. Bizə isə yalnız buraxdığımız qollar deyil, həm də onların qapıçısının əla oyunu mane oldu”.

O, həmçinin, Fransa millisinin optimal heyətlə çıxış etmədiyini də xüsusi vurğulayıb.

Qarşılaşma Fransa yığmasının 4:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button