“Dembelenin qələbəsi Fransa futbolu üçün də çox önəmlidir”

Fransa millisinin baş məşqçisi Didye Deşam PSJ-nin hücumçusu Osman Dembelenin “qızıl top” mükafatını qazanmasına münasibət bildirib.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı çalışdırıcı Dembeleni təbrik etdiyini söyləyib:

“Mən Osmanı təbrik etdim, çünki bu, onun üçün böyük bir axşam idi. O, bu uğura tam layiqdir. Onun qələbəsi Fransa futbolu üçün də çox önəmlidir, çünki o, yığmamızın futbolçusudur”.

28 yaşlı futbolçu dünən karyerasında ilk dəfə “qızıl top”un sahibi olub. İlk üçlükdə “Barselona”nın vingeri Lamin Yamal və Dembelenin PSJ-dən komanda yoldaşı Vitinya da yer alıb.

Dembele ötən mövsüm bütün turnirlərdə 53 oyunda 35 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button