“Qonşu olduğumuz üçün aramızda ciddi rəqabət var, amma düşmənçilik yoxdur” – Deşam
Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasında Belçika ilə oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az “Fotmob”-a istinadən xəbər verir ki, fransalı çalışdırıcı motivasiyalı belçikalılara qarşı oyuna çıxacaqlarını bildirib:
“Biz motivasiyalı belçikalılara qarşı oyuna çıxacağıq və bu dəfə onlar daha da həvəsli olacaqlar. Vacib matçlarda tez-tez üz-üzə gəlirik. Qonşu olduğumuz üçün aramızda ciddi rəqabət var, amma düşmənçilik yoxdur. Komandaların oyunçuları bir-birini çox yaxşı tanıyırlar. Əvvəlki görüşlərdə Belçika üzərində qələbələrin bizə psixoloji üstünlük verəcəyini düşünmürəm. Bu, artıq keçmişdə qalıb, heyətlər də dəyişir”.
Belçika – Fransa qarşılaşması bu gün saat 22:45-də start götürəcək.
Bizi Facebook-da izləyin