Deşam da “Vinisius” dedi
Fransa millisinin baş məşqçisi Didye Deşam FİFA-nın “The Best” (ən yaxşı) mərasimi çərçivəsində 2024-cü ildə dünyanın ən yaxşı futbolçusu seçilən səsvermədə “Real”ın hücumçusu Vinisius Junioru birinci yerə layiq görüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı çalışdırıcı ikinci yeri yekun səsvermədə 9-cu olan “Real”ın hücumçusu Kilian Mbappeyə verib.
O, üçüncü yeri “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandesə layiq görüb.
Deşam bundan əvvəl Mbappeni Fransa yığmasının Millətlər Liqası çərçivəsində keçirdiyi oyunlara dəvət etməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin