“Komandamız təzyiqin öhdəsindən gələ bildi” – Deşam
Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasında Belçika yığması ilə səfər matçı haqda danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı çalışdırıcı topu hücuma ötürməkdə problem yaşadıqlarını bildirib:
“Matçın ilk 25 dəqiqəsi bizim üçün asan olmadı. Rəqib kifayət qədər intensiv hərəkət etdi. Topu hücuma keçirməkdə problem yaşadıq. Amma komandamız təzyiqin öhdəsindən gələ bildi və öndə şanslar yaratmağa başladı. Fasilədən sonra oyunun gedişatına inamla nəzarət etdik”.
Fransa – Belçika matçı Deşamın komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Fransa millisi 4 turdan sonra 2-ci, belçikalılar isə 3-cü pillədə qərarlaşıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin