“Tənqid şəxsən mənə birbaşa təsir etmir, amma…” – Deşam
Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının 2-ci turunun Belçika ilə oyunundan sonra (2:0) azarkeşlərin fit çalmasından danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı çalışdırıcı azarkeşlərdən heç bir fit səsi eşitmədiyini bildirib:
“Azarkeşlərdən heç bir fit səsi eşitmədim. Amma mənə ünvanlanan tənqidlərə gəlincə, iddia etməyəcəm ki, buna qarşı immunitetsiz doğulmuşam, çünki bu, futbolun ayrılmaz hissəsidir. Mən baş verən hər şeyə tamamilə dalmışam və bu mənim məsuliyyətimdir.
Tənqid şəxsən mənə birbaşa təsir etmir, amma futbolçulara, ümumi ab-havaya təsir edir… Qoy insanlar öz narazılıqlarını, məyusluqlarını bildirsinlər, bunu başa düşürəm. Bununla belə, futbolçular meydanda olanda bunun komanda üçün yaxşı olduğunu düşünmürəm”.
Hesabı 30-cu dəqiqədə Fransa millisinin hücumçusu Randal Kolo Muani açıb. Osman Dembele 57-ci dəqiqədə üstünlüyü iki topa çatdırıb.
Bizi Facebook-da izləyin