Deşam Azərbaycan millisi ilə matçın fasiləsində futbolçulara nə deyib?

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə keçirilən matçın ilk hissəsində futbolçulardan narazı qalıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, birinci yarı başa çatandan sonra fasilə vaxtı paltardəyişmə otağında sərt çıxış edib.

Deşam Kilian Mbappenin hər zamankı kimi mübarizə aparmasını istəyib:

“Belə olmasa, biz rəqib üçün heç bir problem yaratmayacağıq, sadəcə çıxılmaz vəziyyətə düşəcəyik. Sürətimizi artıranda onları çətin vəziyyətə salırıq. Bu templə nə onlar, nə də biz yorulacağıq. Siz bacardığınızın ən yaxşısını etməlisiz”.

Azərbaycan millisi Parisdəki qarşılaşmada rəqibinə 0:3 hesabı ilə uduzub. Meydan sahibləri ilk hissədə yalnız bir qol vura bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button