“Derbidə Mahir Emreliyə də şans verəcəm”
Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin qarşıdakı oyunda meydana çıxmaq şansları barədə danışıb.
Komanda.az xəbər verir ki, o, ölkə çempionatı çərçivəsində “Hayduk”a qarşı keçirəcəkləri matçdan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Mahir bütün oyunçularla eyni statusdadır. Şənbə günü derbidə ona şans verəcəyəm”.
45 yaşlı mütəxəssis Mahir Emrelinin keyfiyyətli futbolçu olduğunu bildirib: “Bura yeni gələndə heç də yaxşı formada deyildi. Çünki uzun müddət komanda ilə məşqlərdən, oyunlardan kənar qalmışdı. Mən ona şans verə biləcəyim an axtarırdım. Düzdür, çox oyun buraxır. Amma mənim üçün hər bir futbolçu eynidir”.
Martın 12-də keçiriləcək “Hayduk” – “Dinamo” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Bizi Facebook-da izləyin