Zorlama ittihamı ilə həbs olunan Dani Alveşi həbsxanada…
Zorlama ittihamı ilə həbsdə olan “Barselona”nın və Braziliya yığmasının keçmiş futbolçusu Dani Alveş digər məhbuslar tərəfindən sıxışdırılıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Alveş depressiyadadır və digər məhbuslarla gəzintiyə çıxmamağa çalışır.
Futbolçu kameradan yalnız o halda çıxır ki, kimlərsə futbol oynayır. O, qalan vaxtını modulda və ya istirahət otağında keçirir.
Braziliyalı futbolçunun xeyli arıqladığı da bildirilir.
Dani Alveş yanvarın 20-də İspaniyada cinsi təcavüzə görə saxlanılıb. Onu 4 ildən 12 ilə qədər həbs gözləyir.
Yanvarın 21-də Meksikanı “Pumas” klubu müdafiəçi ilə müqaviləyə xitam verdiyini açıqlayıb. Alveş 2022-ci ilin iyun ayından bu komandada çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin