MY-dən ayrılmaqda qərarlıdır – Depressiv vəziyyətdədir, əsəbidir

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud yaxın çevrəsinə daha “qırmızı şeytanlar”da oynamayacağını bildirib.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Qrinvud “qırmızı şeytanlar”la vidalaşmalı olduğuna əmindir.

Məlumatda bildirilir ki, Meyson evində depressiv vəziyyətdədir, çox əsəbidir. O, futbola qayıtmaq istəyir, amma vəziyyətinin çox ağır olduğunu və baş verən hər şeyin günahının özündə olduğunu anlayır. Qrinvud yenidən futbol oynamaqda qərarlıdır, lakin bir daha “Mançester Yunayted” formasını geyinəcəyini düşünmür.

21 yaşlı futbolçu 2022-ci ilin yanvarında keçmiş sevgilisinin sosial şəbəkədə paylaşdığı fotolardan sonra saxlanılıb. Zərərçəkmiş futbolçu tərəfindən dəfələrlə zorakılığa məruz qaldığını iddia edib. 2022-ci ilin oktyabrında Qrinvud həbs edilmişdi. Fevralın 2-də Mançester polisinin futbolçunun ittihamı ilə bağlı işi bağladığı məlum olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button