Agenti təkzib etdi: Depay Alveşə həbsdən çıxmağa kömək etməyib

“Atletiko”nun hücumçusu Memfis Depayın agenti Sebastien Ledure futbolçunun Dani Alveşin girov müqabilində həbsdən çıxmasına kömək etməsi ilə bağlı şayiələrə münasibət bildirib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, bu xəbərlərin doğru olmadığını bildirib:

“Bu, yalan xəbərdir. Bu, heç də doğru deyil”.

Fevralın 22-də Barselona məhkəməsi 2022-ci ildə gecə klubunda bir qıza təcavüz edən “Barselona”nın sabiq müdafiəçisi Dani Alveşi 4,5 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, braziliyalı futbolçu zərərçəkmişə mənəvi təzminat şəklində 150 min avro ödəməyə məcbur edilib. Martın 25-də Alveşin vəkilləri 1 milyon avro məbləğində girov qoyublar. Futbolçu 14 ay həbsdə qaldıqdan sonra apelyasiya şikayətinə qədər zaminə buraxılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button