“Çox hürür, dişləməz” – FOTO
Niderland millisinin və “Barselona”nın hücumçu Memfis Depay paylaşımı ilə diqqət çəkib.
Komanda.az xəbər verir ki, niderlandlı futbolçu DÇ-2022-nin 1/8 finalında ABŞ-ı məğlub etdikdən (3:1) sonra keçmiş basketbolçu Çarlz Barkliyə cavab verib.
Depay “tvitter”də Barklinin şəkli ilə matçın hesabını yerləşdirərək, aşağıdakı sözləri yazıb:
“Çox hürür, dişləməz”.
Çarlz Barkli TNT telekanalında Niderland millisinin ABŞ komandası üçün təhlükə yaratmadığını, İspaniya, Braziliya kimi komandalarla qarşılaşmağın daha maraqlı olacağını bildirmişdi.
DÇ-2022-nin 1/4 final mərhələsində Niderland millisi Argentina ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin