Depay Rusiya çempionatında oynaya bilər?

Niderland millisinin hücumçusu Memfis Depayın agenti Sebastyan Ledure futbolçunun karyerasını Rusiya çempionatında davam etdirə bilmə ehtimalından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Memfis karyerasını Rusiyada davam etdirmək variantını nəzərdən keçirirmi? Xeyr, bu doğru deyil”.

30 yaşlı futbolçu “Atletiko” ilə müqaviləsini başa vurduqdan sonra hazırda azad agent statusundadır. Depay əvvəllər “Lion”, “Mançester Yunayted” və “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button