Depay İspaniya klubundan ayrıldı

Niderlandlı hücumçu Memfis Depay “Atletiko”dan ayrılıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Madrid klubu müdafiəçilər Mario Hermoso və Qabriel Paulista, həmçinin cinah oyunçusu Vitolo ilə də müqaviləni yeniləməyib.

30 yaşlı Depay ötən mövsüm “Atletiko”nun heyətində keçirdiyi 31 oyunda 9 qola, 2 məhsuldar ötürməyə imza atıb. 29 yaşlı Hermoso 45 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 33 yaşlı Paulista 24 oyun ərzində nə qol, nə də ötürmə müəllifi olub. 34 yaşlı Vitolo isə 2023/2024 mövsümündə “Atletiko”nun heyətində ümumiyyətlə meydana çıxmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button