Denis Silva Azərbaycanla vidalaşdı

“Keşlə”nin yollarını ayırdığı braziliyalı futbolçu Denis Silva Azərbaycanı tərk etməyə qərar verib.

Komanda.az xəbər verir ki, 11 il Azərbaycanda oynamış 34 yaşlı müdafiəçi “Facebook” hesabında vida sözlərini yazıb:

“Bu 11 il ərzində yaşadığımız hər şey üçün təşəkkürlər. Bir çox zəfər, bir çox təcrübə, anladılacaq hekayələr, bir çox dostluq və düşmənlik. Ancaq ən önəmli olan bu ölkə üçün yaratdığımız duyğu idi. Özümüzü evdə hiss edirdik və xoşbəxt idik. Təəssüf ki, ayrılmaq zamanı gəldi. Qalanlar bizi xatırlayacaqmı, yoxsa darıxacaqlarmı, bilmirəm. Ancaq ikinci milliyətimiz üçün darıxacağımızdan əminik. Çünki özümüzü azərbaycanlı kimi hiss edirik. Bu ölkə tariximizin bir parçasıdı. Evliliyimizə burada başladıq və qızımız burada dünyaya gələndən sonra Azərbaycanda bir həyatımız oldu. Daim qəlbimizdə bizimlə birlikdə olacaq. Təşəkkürlər, Azərbaycan!”

Silva 2008-10-cu illərdə “Xəzər Lənkəran”da, 2010-12 və 2013-15-ci illərdə “Neftçi”də oynayıb. Təcrübəli müdafiəçi 2015-ci ildən “Keşlə”nin uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button