
Dembeleye 4 illik müqavilə təklifi
“Barselona” futbolçusu Osman Dembeleyə yeni müqavilə təklif edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalılar fransalı vingerə 4 illik müqavilə təklif ediblər.
Dembele 2017-ci ildən “Barselona”da çıxış edir.
26 yaşlı futbolçu bu mövsüm 33 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin