Enrike: “Dembeleyə görə məni çox tənqid etdilər”

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın vingeri Osman Dembelenin hazırkı oyununa verdiyi töhfəni dəyərləndirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Dembelenin UEFA Çempionlar Liqasında “Arsenal”la qarşılaşmada oynamasına məhz onun icazə vermədiyini bildirib:

“Mən Dembelenin UEFA Çempionlar Liqasında “Arsenal”la qarşılaşmada oynamasına icazə vermədim. Bu, bir ildə verdiyim ən yaxşı qərar idi. Baxmayaraq ki, bundan sonra məni çox tənqid etdilər. Qalanını Dembele özü etdi”.

Fransalı futbolçu bu il 8 matçda iştirak edib, 15 qol vurub. Onun Paris klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.

PSJ Fransa çempionatında liderlik edir və Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Brest”ə 3:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button