
“Dembelenin “qızıl top”u qazanmaq ehtimalı çox yüksəkdir”
Braziliya millisinin və PSJ-nin sabiq müdafiəçisi Tiaqo Silva “qızıl top” mükafatı uğrunda mübarizə aparacaq əsas namizədlər barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, PSJ-nin hücumçusu Osman Dembelenin bu mükafatı qazanmağa real namizəd olduğunu düşünür:
“Düşünürəm ki, Dembelenin “qızıl top”u qazanmaq ehtimalı çox yüksəkdir. Mövsümün son mərhələsi həlledici olacaq – xüsusilə də, o, UEFA Çempionlar Liqasını qazana bilsə. Çünki Lamin Yamal və Rafinyanın da mövsümü inanılmaz keçdi. Fikrimcə, bu üçlük mükafatın əsas namizədləri olacaq. Sadəcə olaraq, onların hansı sırada yer alacağını görəcəyik. Çempionlar Liqasını qazandığın zaman bütün diqqətlər sənin üzərinə yönəlir”.
Hər üç futbolçu bu mövsüm klublarında yüksək performans sərgiləyərək, La Liqada, Liqa 1-də, həm də avrokuboklarda önəmli rol oynayıblar.
Bizi Facebook-da izləyin