“Dembelenin oyununu görmək üçün bilet pulunu ödəyərdim”
PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Osman Dembelenin çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis fransalı futbolçunun komandaya tezliklə uyğunlaşacağına inandığını bildirib:
“Hansısa komandanın azarkeşi olsaydım, Dembelenin oyununu görmək üçün bilet pulunu ödəyərdim. O, qol fürsətini üç dəfə qaçıra bilər, amma sehrbazdır. Əla oyunçudur. Dembele tezliklə komandaya uyğunlaşacaq və qollar vuracaq”.
26 yaşlı vinger yay transfer pəncərəsində “Barselona”dan PSJ-yə keçib. O, bu mövsüm komandanın heyətində 5 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin