Dembelenin məşq zamanı qolu qırıldı
Fransanın “Olimpik” (Lion) klubunun hücumçusu Mussa Dembele zədələnib.
Komanda.az xəbər verir ki, 24 yaşlı futbolçu komandanın məşqi zamanı sıradan çıxıb.
Bu barədə Liqa 1 təmsilçisinin baş məşqçisi Rudi Qarsiya yerli mətbuata açıqlamasında bildirib. O, Dembelenin məşq zamanı qolunu qırdığını və bir müddət yaşıl meydanlardan kənarda qalacağını bəyan edib.
Qeyd edək ki, Dembele bu mövsüm Fransa çempionatında 16 matçda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin