
Dembele “Arsenal”la oyunda iştirak etmək istəyir
PSJ-nin hücumçusu Osman Dembele UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Arsenal”a qarşı keçiriləcək cavab görüşündə tam formada iştirak etməyə ümid edir.
İlk matçın 70-ci dəqiqəsində zədələndiyi üçün əvəzlənən Dembele, daha sonra Liqa 1-in “Strasburq”la oyununda da iştirak etməmişdi.
Komanda.az “Djamel”-ə istinadən xəbər verir ki, 27 yaşlı oyunçu hazırda heç bir narahatlıq hiss etmir.
Fransalı futbolçu Londonda baş tutmuş ilk qarşılaşmada yeganə qola imza atmışdı.
Parislilər bu gün məşq zamanı Dembelenin fiziki durumunu yoxlayacaq və yalnız bundan sonra onun sabah “Arsenal”la görüşdə oynayıb-oynamayacağına qərar veriləcək. Onun özü isə “topçular”la matçda iştirak etməkdə qətiyyətlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin