Dembelenin İngiltərədən 3 “müştəri”si var

Fransa millisinin və PSJ-nin yarımmüdafiəçisi Osman Dembelenin karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək üçün bir neçə variantı var.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki fransalı futbolçunun xidmətinə “Mançester Siti”, “Liverpul” və “Arsenal” maraq göstərir.

Dembelenin parislilərlə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Onun bazar dəyəri 60 milyon avrodur.

27 yaşlı vinger Fransa çempionatının yeni mövsümündə keçirdiyi 3 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button