
Dembelenin dönüş vaxtı bəlli oldu
PSJ-nin hücumçusu Osman Dembele növbəti dəfə zədələnib.
“Qızıl top”un hazırkı sahibi UEFA Çempionlar Liqasının “Bayern”ə qarşı oyununa start heyətində çıxsa da, artıq 25-ci dəqiqədə baş məşqçi Luis Enrike onu əvəzləməyə məcbur qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunun sıraya dönüşü bu ayın sonuna planlaşdırılıb. O, noyabrın 26-da keçiriləcək Çempionlar Liqasının “Tottenhem”lə matçında iştirak etməyi hədəfləyir.
28 yaşlı futbolçu cari mövsümdə Paris təmsilçisinin heyətində 9 oyunda meydana çıxaraq, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



