Dembele qərarını verib
“Lion”un hücumçusu Mussa Dembele yayda “Ayntraxt”a (Frankfurt) keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu artıq Dembelenin agenti ilə görüşüb. Danışıqlar müsbət məcrada keçib.
Dembele 2022/23 mövsümünün sonunda Liqa 1 təmsilçisindən ayrılmaq qərarını verib.
Mussanın agenti Mamadi Fofana məsələ ilə bağlı belə deyib:
“Ayntraxt” yayda heyətdən ayrılacaq Kolo Muaninin yerinə Dembeleni transfer etmək istəyir. Onlar böyük azarkeş kütləsinə malik klubdur. Biz hazırda bu variantı nəzərdən keçiririk”.
Dembele cari mövsümdə Fransa klubunun heyətində 28 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin