“Dembele “qızıl top” mübarizəsində iştirak etmək üçün bütün kriteriyalara cavab verir”

“Əl-İttihad”ın fransalı baş məşqçisi Loran Blan PSJ-nin hücumçusu Osman Dembelenin “qızıl top”u qazanmaq şansını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçunun əla mövsüm keçirdiyini söyləyib:

“O, əla mövsüm keçirdi, hər şeyi qazandı. Dembele bu mübarizədə iştirak etmək üçün bütün kriteriyalara cavab verir. Ancaq sürprizlər tez-tez olur və qalib gözlədiyiniz kimi olmur”.

Dembele son mövsümdə bütün turnirlərdə 49 matçda 33 qol vurub və 15 məhsuldar ötürmə edib. O, eyni zamanda, Paris klubu ilə Çempionlar Liqasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button