
“Dembele “qızıl top”a layiqdir”
Fransa Futbol Federasiyasının rəhbəri Filip Diallo PSJ-nin hücumçusu Osman Dembele haqqında yüksək fikirlər səsləndirib.
Komanda.az “Get French Football News”-a istinadən xəbər verir ki, o, 28 yaşlı futbolçunun bu il “qızıl top”u almağa tam layiq olduğunu bildirib:
“Dembele favoritlər sırasındadır. O, çox yaxşı mövsüm keçirdi. Sevindirici haldır ki, bizdə həm Dembele, həm də Kilian Mbappe var. Onlar ən azı mükafat kürsüsündə olmalıdır. Dembele bu mükafata layiqdir”.
Dembele 2024/25 mövsümündə bütün turnirlərdə ümumilikdə 49 oyunda iştirak edib, 33 qol vurub və 15 məhsuldar ötürmə verib. O, PSJ ilə birlikdə UEFA Çempionlar Liqası da daxil olmaqla, son mövsümdə dörd kubok qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin