Dembelenin arzuladığı kubok

PSJ-nin hücumçusu Osman Dembele “qızıl top”a əsas namizədlərdən birinə çevrilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bu mövsüm PSJ ilə fərdi mükafatlardan daha çox, kuboklar qazanmağa diqqət yetirdiyini bildirib:

“Çempionlar Liqasını və “qızıl top”u qazanmaq? Çempionlar Liqasını qazanmaqdan hələ çox uzaqdayıq. Amma məni kollektiv titullar motivasiya edir. PSJ-nin tarixində ilk Çempionlar Liqası kubokunu qazanmaq istəyirəm. Addım-addım gedəcəyik”.

Dembele bu mövsüm bütün turnirlərdə 41 oyunda 32 qol vurub və 10 məhsuldar ötürmə edib ki, bu qollardan 24-ü 2025-ci ildə vurulub. Eyni zamanda, PSJ-nin uğurlu çıxışı da onun mükafatı qazanmaq şansını artırır. Parislilər artıq Liqa 1-in qalibi olub və Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Aston Villa”ya 3:1 hesabı ilə qalib gəliblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button