
Dembelenin etirafı: “Çox dəyişdim”
PSJ-nin hücumçusu Osman Dembele Paris klubundakı çıxışını dəyərləndirib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Xüsusilə, mövqeyim, oyun tərzi baxımından çox dəyişdim. Baş məşqçi mənə bütün meydançada hərəkət etmək azadlığı verir. “Doqquz nömrə” kimi hücumun ön cərgəsində qalmalı deyiləm. Sadəcə, meydançanın ortasında boşluq və bir az xaos yaratmağa çalışıram”.
Dembele 2023-cü ilin yayında 50 milyon avroya “Barselona”dan PSJ-yə keçib və klubla 2028-ci ilin iyunun sonuna kimi olan müqavilə imzalayıb. 28 yaşlı fransalı futbolçu Paris klubunda 90 oyun keçirib, 39 qol vurub və 27 məhsuldar ötürmə edib.
PSJ mayın 31-də UEFA Çempionlar Liqasının finalında “İnter”lə qarşılaşacaq.
Bizi Facebook-da izləyin