Dembele Premyer Liqanın 3 klubunun hədəfindədir
PSJ cari transfer pəncərəsində hücumçusu Osman Dembeleni satmağa qərar verə bilər.
Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, fransalı vingerin Səudiyyə Ərəbistanı və İngiltərədə oynamaq imkanı var. Dembele ilə Premyer Liqanın üç təmsilçisi maraqlanır. Söhbət “Mançester Yunayted”, “Liverpul” və “Nyukasl”dan gedir.
Dembele ilə parislilər arasındakı müqavilə 2028-ci ilin yayında başa çatır. Futbolçunun bazar dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.
O, ötən mövsüm Liqa 1-də 26 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin