Müqaviləni yeniləmək istəmir
“Lion”un futbolçusu Mussa Dembele yayda klubunu tərk edə bilər.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, Liqa 1 təmsilçisi ilə müqaviləni yeniləmək fikrində deyil.
Dembele 2018-ci ilin avqustundan Fransa klubunda çıxış edir. Cari mövsümdə o, 25 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fransalı oyunçunun “Lion”la hazırkı sözləşməsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin