Dembele keçmiş komandasına 100 min avro bağışladı

“Barselona”nın hücumçusu Osman Dembele “Evre 27” klubuna 100 min avro göndərib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu yetirməsi olduğu klubun maliyyə problemlərinin öhdəsindən gəlməyə kömək edir.

“Evre 27”-nin prezidenti Samuel Brigantino oyunçuya köməyə görə təşəkkür edib. O, qeyd edib ki, bu məbləğ 700 yeniyetmə üçün daha yaxşı şəraitin yaradılmasına kömək edəcək:

“Biz futbolçuya və onun yaxınlarına sonsuz minnətdarıq. Xeyirxahlığınıza görə bir daha təşəkkür edirəm”.

Dembele bu mövsüm “Barselona”nın heyətində 28 matçda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button