Dembele baş məşqçi ilə münaqişə yaşayıb – ÇL matçında iştirakı sual altındadır
Fransalı vinger Osman Dembele UEFA Çempionlar Liqasında “Arsenal”a qarşı keçiriləcək oyun üçün PSJ-nin heyətindən kənarlaşdırılacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
Məlumata görə, bu qərarın təşəbbüskarı komandanın baş məşqçisi Luis Enrikedir. Liqa 1-də “Renn”lə oyundan (3:1) sonra Dembele ilə baş məşqçi arasında münaqişə yaranıb. Bundan sonra Enrike Dembeleni qarşıdakı oyuna cəlb etməmək qərarına gəlib.
“Arsenal” – PSJ matçı oktyabrın 1-də Londonda keçiriləcək.
Dembele bu mövsüm bütün turnirlərdə 7 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin