Bu gün Dembelenin taleyinə qərar verilə bilər

Fransalı futbolçu Osman Dembele “Barselona”da qala bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Dembele baş məşqçi Xavi ilə işləməkdən zövq aldığı üçün komandada qalmaq istəyir. Futbolçunun agenti ilə Kataloniya klubunun rəsmilərinin növbəti görüşü bu gün baş tutacaq və onun gələcək taleyi müzakirə olunacaq.

“Barselona”nın da Dembeleni saxlamaqda maraqlı olduğu bildirilir. Xavi onun performansından razıdır.

Dembele Kataloniya klubunda qalmaq üçün maaşının azalmasına da hazırdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button