
Fransa klubunun Vinisius arzusu
“Real”da çıxış edən braziliyalı hücumçu Vinisius Junior karyerasını Fransa çempionatında davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, PSJ 24 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.
Parislilər Vinisiusu Premyer Liqanın bir neçə klubunun hədəfində olan Osman Dembelenin əvəzləyicisi kimi nəzərdən keçirir. Dembele ayrılsa, PSJ bütün səylərini Vinisiusun transferinə səfərbər edəcək.
Vinisiusun transfer dəyəri 200 milyon avro qiymətləndirilir. Onun “kral klubu” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



