
Dembele, “burger” və “pizza”
PSJ-nin hücumçusu, “qızıl top” mükafatına favoritlərdən hesab edilən Osman Dembele oyunlardan sonra bərpası və gündəlik vərdişləri barədə danışıb.
Komanda.az “FourFourTwo”-ya istinadən xəbər verir ki, fransalı futbolçu artıq öz bədənini yaxşı tanıdığını bildirib:
“Artıq öz bədənimi yaxşı tanıyıram. Yorulduğumu və məşq etməyin lazım olmadığını aydın bilirəm. Yemək məsələsinə gəlincə, matçlardan sonra “burger” və “pizza” yeməyi çox sevirəm. Bu vərdişim heç vaxt bitməyəcək”.
28 yaşlı forvard 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə (2:0) oyunda zədə alıb. O, cari mövsümdə PSJ-də 3 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



