Qurban Qurbanov: “Deməzdim ki, yeni formatdan razıyam”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Niderlandın “Ayaks” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, Qurbanov avrokuboklarda əvvəlki formatın daha rahat olduğunu deyib:
“Mənə görə digər format daha rahat idi. Ev-səfər oyunları keçirirdik, oyunlarla bağlı müəyyən fikirlər formalaşırdı. Hazırkı formata uyğunlaşmaq lazımdır. Deməzdim ki, yeni formatdan razıyam. Ümumən, 16-17 ildir ki, buradayam, inanın ki, hər oyunla bağlı narahatlığım olur”.
UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunun “Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, saat 20:45-də başlayacaq.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin