
“Suaresə hər gün iynələr vurulur”
Braziliyanın “Qremio” klubunun prezidenti Alberto Querra hücumçu Luis Suares haqda danışıb.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, uruqvaylı futbolçunun ağrılarının olduğunu açıqlayıb:
“Demək olar ki, Suaresə hər gün iynələr vurulur. O, müəyyən prosedurlardan keçir. Ağrıları var”.
“Barselona”nın 36 yaşlı keçmiş futbolçusu 2022/23 mövsümündə “Qremio”nun heyətində 25 oyuna çıxıb, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin