“Mükəmməl insan yoxdur” – Keçmiş şöhrətinin kölgəsində qalan futbolçu

İngiltərə millisinin keçmiş üzvü Dele Alli 2023-cü ilin fevralından bu yana meydana çıxmayıb. O, nə “Everton”da, nə də “Beşiktaş”da möhkəmlənə bildi.

Komanda.az xəbər verir ki, ingitərəli futbolçu sosial şəbəkədəki paylaşımında dünyada mükəmməl insanın olmadığını bildirib:

“Dünyada mükəmməl insan yoxdur. Mükəmməlliyə can atsan belə, buna nail olmayacaqsan. Amma sən böyük ola bilərsən”.

Dele Allinin hələ də böyük futbolçu olmaq iddiaları var. Onun sosial şəbəkədəki paylaşımından belə nəticəyə gəlmək olar.

28 yaşlı futbolçu əvvəllər 2016-cı il Avropa çempionatı da daxil olmaqla, İngiltərə millisində oynamaq üçün heyətə çağırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button