Dele Alli İtaliya klubu ilə danışıqlar aparır

“Tottenhem”in sabiq yarımmüdafiəçisi Dele Alli özünü İtaliya çempionatında sınaya bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Tribal Football” nəşri məlumat yayıb.

İngiltərəli futbolçunun agenti “Cenoa” təmsilçiləri ilə danışıqlar aparır. O, hazırda azad agentdir və formada qalmaq üçün “Everton”da məşq edir.

28 yaşlı yarımmüdafiəçi İngiltərə millisinin heyətində 37 oyun keçirib, 3 qol vurub.

“Cenoa” İtaliya çempionatının cari mövsümündə 6 turdan sonra 5 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button