
Dele Alli İspaniya klubuna keçə bilər
“Tottenhem”in sabiq yarımmüdafiəçisi Dele Alli karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Betis” 28 yaşlı azad agent olan futbolçunu transfer etməkdə maraqlıdır. Əndəluslular ingiltərəli oyunçunu zədəli portuqaliyalı futbolçu Uilyam Karvalyonun əvəzləyicisi kimi nəzərdən keçirirlər.
“Betis” İspaniya çempionatının 4 turundan sonra 5 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Komanda növbəti matçını sentyabrın 18-də doğma meydanda “Xetafe”yə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin