
“Arsenal” ingiltərəli hücumçu üçün təklif göndərib
İngiltərənin “İpsviç” komandasında çıxış edən mərkəz hücumçusu Liam Delap karyerasını Premyer Liqanın başqa klubunda davam etdirə bilər.
Komanda.az “Transfer Football”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Arsenal” maraqlanır.
London təmsilçisi artıq Delapın meneceri ilə əlaqə saxlayaraq, ona əməkdaşlıq təklifi göndərib. Onunla həmçinin, Londonun digər klubu “Çelsi” də maraqlanır.
İngiltərəli forvard hazırkı Premyer Liqa mövsümündə 34 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun dəyəri 35 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



