
“Delap “Çelsi” kimi top-klubda özünü sübut edə biləcək?”
“Çelsi”nin sabiq yarımmüdafiəçisi Con Obi Mikel İngiltərə klubunun hücumçusu Liam Delapın transferinə şübhə ilə yanaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş futbolçu bunu söyləyib:
“Mən Liam Delapı bəyənirəm. O, çox çalışan, yaxşı, gənc hücumçudur. Amma Delap Premyer Liqanın bombardiridir? O, “Çelsi” kimi top-klubda özünü sübut edə biləcək? Bu, sualdır. Hər şey baş məşqçinin onunla necə işləməsindən asılı olacaq”.
Delap 35 milyon avro qarşılığında “İpsviç”dən “Çelsi”yə keçib. 22 yaşlı futbolçu Premyer Liqanın son mövsümündə “İpsviç”in heyətində 12 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



